Fransanın paytaxtı Parisdə yanacaq qiymətlərinin artması səbəbindən başlanan etirazlar davam edir.
Oxu.Az xəbər verir ki, iki həftədir aksiya keçirən etirazçılar bu gün Paris və bir çox şəhərlərdə mitinqlər təşkil ediblər.
Polis “sarı jiletlilər” adlandırdıqları etirazçıların mitinqinə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.
Qəzəbli kütlə ətrafdakı bir çox yeri atəşə verib, polisə daş və şüşə atıb. Aksiyalarda 115 nəfər tutulub, 100-ə yaxın insan yaralanıb.
Parisin ən işlək prospektlərindəki mağazalar və ictimai iaşə obyektləri bağlanıb. Etirazlar səbəbindən küçələr nəqliyyata qapadılıb və metro səfərləri dayandırılıb.
Oxu.Az yeniləndi!