Fransanın paytaxtı Parisdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə xalqa müraciətində ölkə prezidenti Fransua Olland bəyan edib.
“Fransa hökuməti sərhədlərin bağlanması və paytaxtın küçələrinə nizami qoşunların yeridilməsinə dair qərar qəbul edib”, deyə F.Olland bildirib.
Bununla belə, Parisin “Les Halles” ticarət mərkəzində atışma baş verdiyi bildirilir.
Qeyd edək ki, Fransanın paytaxtı Parisin müxtəlif bölgələrində partlayış, atışma və girov götürülmə nəticəsində ölənlərin sayı 60-a çatıb.