Parisin cənub-qərbində yerləşən yaşayış evlərindən birində baş verən yanğın zamanı azı yeddi nəfər ölüb, 28 nəfərə xəsarət alıb.
Bununla bağlı RTL radiostansiyası məlumat yayıb.
Yaralılardan birinin vəziyyəti ağırdır. Yanğın Parisin 16-cı dairəsində Erlanj küçəsindəki səkkiz mərtəbəli binada gecə saatlarında meydana gəlib.
Yanğının söndürülməsinə 200-ə yaxın yanğınsöndürən cəlb edilib. Sakinlər təxliyyə edilib. Hadisənin səbəbləri məlum deyil.
🇫🇷 — #BREAKING: Paris fire service says 7 people are dead and at least 28 injured in a blaze in a residential building.
— BELAAZ (@THEBELAAZ) February 5, 2019
-AP#France #Paris pic.twitter.com/gnD3DVT0Tq