Fransanın paytaxtı Parisdə 1 May yürüşü ərəfəsində kütləvi iğtişaşlar baş verib.
Bu haqda BFMTV məlumat yayıb.
Telekanalın məlumatına görə, sarı jiletlilərlə asayış keşikçiləri arasında toqquşmalar baş verib. Polis qüvvələri onların üzərinə bərk əşyalar atan aksiya iştirakçılarına qarşı dəyənəklərdən istifadə edib.
165 nəfərin saxlanıldığı bildirilir.