Fransa Prezidenti Emmanuel Makronun siyasəti, xüsusilə də sağ mərkəzçi Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnyenin baş nazir təyin edilməsi qərarı ilə razılaşmayan mindən çox insan Parisdə, Bastiliya meydanı yaxınlığında nümayiş keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Tədbirdə "Makron istefa ver!", "Rədd olsun Barnye hökuməti!", "Seçki bizdən oğurlandı!" kimi şüarlar səsləndirilib.
Nümayişçilərin daşıdığı pankartlar arasında "Beşinci Respublikaya son" çağırışları da olub.
Ümumilikdə, bu şənbə Fransada 50-yə yaxın nümayiş keçirilib. Onlar tələbə təşkilatlarının, eləcə də "İtaətsiz Fransa" partiyasının nümayəndələrinin çağırışı ilə təşkil edilib.
Rəylər