Parisdə 1 May aksiyasında 30-a yaxın adam saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı polisə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, bu il Fransa paytaxtının küçələrinə 100 minə yaxın insan çıxıb, bu da 2024-cü ildəkindən iki dəfə çoxdur.
Nümayiş zamanı iğtişaşlar başlayıb və nümayişçilər polisə şüşə butulkalar və fişənglər atıblar, təhlükəsizlik qüvvələri isə gözyaşardıcı qazdan istifadə ediblər.