Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Parisdə redaksiyada atışma: 12 ölü - YENİLƏNİB + FOTO + VİDEO
“Charlie Hebdo” satirik jurnalının redaksiyasında törədilmiş atışmanın qurbanlarının sayı artıq 12-yə çatıb. Bu barədə Paris Prokurorluğu məlumat yayıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, Fransanın Baş naziri Manuel Vals bəyan edib ki, hücum edənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, izlənməsi və həbs olunması üçün bütün vasitələrdən istifadə olunacaq.
16:23
Hadisədən sonra Parisdə terror təhlükəsi səviyyəsi maksimum həddə qədər artırılıb.
Şahidlərdən birinin sözlərinə görə, hücum edən şəxslərdən biri “Peyğəmbərin intiqamı alındı” deyə qışqırıb.

16:00
Paris Prokurorluğu 10 nəfərin həlak olmasını təsdiqləyib. AFP agentliyinin məlumatına əsasən, ölənlər arasında 2 polis var.
Şahidlərin sözlərinə görə, atışmadan dərhal sonra binanı qara geyimli iki nəfər tərk edib. İlkin fərziyyələrə əsasən, redaksiyaya hücum edənlər avtomatik silah və qumbaratanla silahlı olublar.
Hadisə rayonu əhatəyə alınıb. Hüquq mühafizə orqanları və fövqəladə hallar idarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Fransa Prezidenti Fransua Olland redaksiyaya hücumu terror aktı adlandırıb.
15:41
Parisdə “Charlie Hebdo” satirik qəzetinin ofisində atışma nəticəsində ən azı 11 nəfər ölüb. Bu barədə Le Parisien nəşri məlumat yayıb.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, maskada olan naməlum şəxslər avtomatik silahlardan atəş açıblar. Qəzetin bəzi əməkdaşları binanın damında gizləniblər.
Xatırladaq ki, öncə “Charlie Hebdo” qəzetində İslam dini və Məhəmməd Peyğəmbəri təhqir edən karikaturalar yer almışdı.
"Fransa" teqi üzrə xəbərlər
- Le Penə qarşı yeni təhqiqat başlanıb
- Əziz Ələkbərli: "Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar"
- Makronun demokratiya və plüralizmə zərbəsi: Le Pen niyə bütün səviyyələrdə bloklanır?
- Le Pen dörd il azadlıqdan MƏHRUM EDİLDİ
- Depardye cinsi qısnama ittihamı ilə 18 ay müddətinə həbs edilə bilər