Fransız fotoqraf “selfie” fotoların gündəmdə olduğu bir vaxtda maraqlı bir addım atıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Parisdə sayılıb-seçilən fransız vətəndaşlarının məzarlarının yer aldığı Panteon məbədi qəbiristanlığında fransız fotoqraf JR yenilik edib.
O, həmin qəbiristanlığa gələn ziyarətçilərin “selfie”lərini kollaj halına gətirərək, sərgi olaraq nümayiş etdirib.
Şəkillər Panteonun yer hissəsində və damında sərgilənir.
Sənətçinin bu ideyası bir çox yaradıcı insanlar tərəfindən gözəl qarşılanıb. Həmçinin məbədin ziyarətçilərində də əvvəlki illə müqayisədə artım hiss olunur.
