Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Parisdə yüzlərlə taksi sürücüsü tətilə çıxıb
Taksi sürücüləri Parisin tarixi mərkəzində yerləşən İnvalidlər Evinin qarşısında əmək şəraitinin pisləşməsinə qarşı aksiya keçirirlər.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, etirazçılar fişəng yandırır, "Taksi təhlükədədir" və "Taksi sürücüləri qəzəblidirlər" şüarları yazılmış plakatlar tuturlar. Rayonda hərəkət iflic olub, polis Əlillər Evinin ətrafındakı bütün küçələri bağlayıb. Aksiyada Fransanın müxtəlif bölgələrindən 500-dən çox taksi iştirak edir.
"Bu gün ölkənin hər yerindən taksi sürücüləri etirazlarını bildirməyə gəliblər. Əsas tələbimiz Milli Tibbi Sığorta Fondundan birbaşa kompensasiya edilən xəstələrin daşınması tariflərinin azaldılmasından imtina edilməsidir", - deyə nümayişin təşkilatçılarından biri olan Beşir bildirib.
Planlaşdırılır ki, bundan sonra qiymət taksometr göstəricilərinə əsasən deyil, tibbi sığorta fondu tərəfindən müəyyən edilmiş tariflərə əsasən hesablanacaq.
Beşirin sözlərinə görə, taksi sürücüləri, həmçinin xüsusilə "Uber" kimi ABŞ taksi sifariş platformalarının ədalətsiz rəqabətinə qarşı etiraz edirlər: "Bu şirkətlər ölkəyə gəlir və vergi ödəmirlər. Sonra bizdən, rəsmi taksi sürücülərindən aşağı tariflərlə işləməyi tələb edirlər ki, bu da tamamilə qəbuledilməzdir", - deyə o vurğulayıb.
"Fransa" teqi üzrə xəbərlər
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ
- Barro: "Rusiya Fransanın düşmənidir"