Yanvar ayının 11-də - bazar ertəsi Air France aviaşirkətinin təyyarəsinin şassisində insan cəsədi aşkar ediblər, Expatica France məlumat yayıb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, cəsədi Boeing 777 təyyarəsinin Parisin Orli hava limanında texniki baxışı zamanı aşkar ediblər.
Qeyd edildiyi kimi təyyarə Fransa paytaxtına getmək üçün Braziliyanın San-Paulu şəhərindən səmaya qalxıb.
Cəsəd həlak olanın kimliyinin və vətəndaşlığının müəyyənləşdirilməsi üçün Parisdə məhkəmə tibbi institutuna göndərilib.
Hadisənin digər təfərrüatları dəqiqləşdirilmir.