Fransanın paytaxtı Paris şəhərində polislər Respublika meydanını terror təhlükəsi səbəbindən mühasirəyə alıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Daily Star nəşri yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları meydanda olan insanları təxliyə edir.
Qeyd olunur ki, hazırda minaaxtaranlar meydanda olan şübhəli yaşlı avtomobili yoxlayırlar.
S.B.
www.oxu.az