Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Partiya sədri: "Fransa suverenliyini itirib"
Fransa İkinci Dünya Müharibəsindən sonra qazandığı suverenliyini itirib.
Oxu.Az xəbər verir ki, bunu "Ayağa qalx, Fransa" partiyasının lideri Nikola Düpon-Enyan "Europe 1" radiosuna bildirib.
"8 may yalnız nasist Almaniyası üzərində qələbə deyil. Bu, Fransanın suverenliyi məsələsidir. Və sizə deyə bilərəm ki, 80 il sonra Fransa artıq suveren deyil", - deyə Düpon-Enyan qeyd edib.
O əlavə edib ki, Fransa Prezidenti Emmanuel Makron bu gün ölkənin öz müdafiə qabiliyyətini itirməklə nəticələnəcək siyasət yürüdür.
"Fransanın artıq öz sərhədləri, valyutası, büdcəsi və qanunvericiliyi yoxdur, - deyə siyasətçi vurğulayıb.
"Fransa" teqi üzrə xəbərlər
- Fransada 2030-cu il Qış Olimpiya oyunlarının ləğvini tələb edirlər
- Fransada fermer dörd milyon dəyərində qızıl külçələri tapıb
- Fransada Avropa İttifaqının sənayesinin tezliklə məhv olacağı proqnozlaşdırılır
- Paris və Ər-Riyad HƏMAS-ın tərksilahı planını hazırlayırlar
- Tramp Avropa İttifaqının Ukrayna ilə bağlı təklifini rədd etdi