Romanos Petrosyan Ermənistan Dövlət Nəzarəti Xidmətinin rəhbəri vəzifəsindən azad edilib.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə baş nazir Nikol Paşinyanın müvafiq sərəncamında məlumat verilib.
"Romanos Petrosyan Dövlət Nəzarəti Xidmətinin rəhbəri vəzifəsindən azad edilib.
Dövlət Nəzarəti Xidməti rəhbərinin səlahiyyətləri müvəqqəti olaraq Dövlət Nəzarəti Xidməti rəhbərinin müavini Robert Bazikyana həvalə edilib", - deyə sərəncamda bildirilib.