Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Paşinyan erməni kilsəsinə yeni katolikosun seçilməsi üçün koordinasiya qrupu yaradır
Ermənistanın baş naziri Nikol Paşinyan erməni apostol kilsəsinin rəhbəri - katolikosun yenidən seçilməsi məqsədilə koordinasiya qrupunun yaradılacağını bəyan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, hökumət başçısı bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Müqəddəs Eçmiədzin Baş Patriarxlığının boşaldılması və yeni katolikos seçkisinin təşkili üçün fəal addımlar atılmalıdır.
"Bu prosesin təşkili üçün koordinasiya qrupu yaradacağıq. Qrupa həm kişi, həm qadın, həm də ruhani və dindar şəxslər daxil ola bilər. Subay ruhanilər üçün əsas şərt andlarına sadiq qalmalarıdır", - deyə Paşinyan sosial şəbəkədə yazıb.
O, koordinasiya qrupunun üzvləri üçün müəyyən meyarları da açıqlayıb: namizədlər azı bir dəfə İncili oxumalı, gündəlik dua etməli, son beş ildə azı bir dəfə böyük oruc tutmalı və İsa Məsihə inanmalıdırlar.
Baş nazir bildirib ki, 10 nəfərlik qrupun üzvlərini şəxsən özü seçəcək. İştirak etmək istəyənlər ona elektron məktub göndərə bilərlər.