Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paşinyan Ermənistanın himnində sətirlərin yerini dəyişmək istəyir
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə himninin bəndlərinin sırasını dəyişdirməyi təklif edib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə o, İrəvanda keçirilən mətbuat konfransında bildirib.
Baş nazir dövlət atributunun mətninin ölüm səhnəsinin təsviri ilə bitməsinə etiraz edib.
"Himnin mətnində heç nə dəyişmir, təklif son və ikinci bəndlərin yerini dəyişdirməkdən ibarətdir. Himnimiz "Qoy Ermənistan həmişə şərəfli olsun" sözləri ilə bitsin. İndi ölüm səhnəsinin təsviri ilə bitir və biz buna əl çalırıq", - deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, himnin bitməsindən sonra alqışlar bütün ölkələrdə, dövlət səviyyəsində ümumi qəbul edilmiş haldır. Buna görə də, baş nazirin fikrincə, insanlar faciəvi itkilər səhnəsindən sonra əl çalmamalıdırlar.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan keçmiş prezidentləri "yarımcan" adlandırdı
- Rusiya və ABŞ-dən əli üzülən Ermənistan: Paşinyan Azərbaycanın şərtlərini qəbul edir?
- Bakıda məhkəmə və Paşinyanın təşvişi
- Paşinyandan İrana mesaj: Iğdır-Naxçıvan qaz kəmərinin ƏHƏMİYYƏTİ
- Ayxan Hacızadə Nikol Paşinyanın Naxçıvanla bağlı bəyanatına cavab verib