Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı Naxçıvanda tutuldu
1995-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Akdı Namik Kemalın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.N.Kemal 2024-cü ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasının ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib:
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib".
"Ekstradisiya" teqi üzrə xəbərlər
- Beynəlxalq axtarışa verilmiş 7 şəxs Azərbaycana ekstradisiya edilib
- Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib
- Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
- Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi
- Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir