Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Paşinyan Fransaya səfər etdi - VİDEO
“Biz Fransaya iki günlük işgüzar səfərlə gəldik”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində paylaşım edib. Paşinyan həyat yoldaşı ilə Fransa paytaxtı Parisə gəlişini əks etdirən görüntülər yayımlayıb.
O, həmçinin səfərin gündəliyini də açıqlayıb.
“Bu gün Fransa Prezidenti Emmanuel Makronla görüşüm var. Həmçinin Fransa Senatının sədri Jerar Larşe ilə də görüşüm olacaq.
Səfər zamanı Fransanın Baş naziri Qabriel Atal, Paris meri Ann İdalqo və digər tərəfdaşlarla görüşlər nəzərdə tutulub”, - deyə Paşinyan bildirib.
Mənbə: Erməni KİV
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Fransalı partiya lideri: "Makron vəzifəsindən uzaqlaşdırılmalıdır"
- Xorvatiyanın baş naziri yığmanın Fransa üzərindəki qələbəsini Makrona gülərək işarə etdi
- Zaxarova: "Makron reallıq hissini itirib"
- Makron: "Fransa Almaniya ilə sərhəddə nüvə silahı yerləşdirəcək"
- Paşinyan Makronla Cənubi Qafqazdakı sülh prosesini müzakirə edib
Ən çox oxunanlar