"Məni tez-tez ittiham edirlər ki, keçmiş prezidentlər hələ də siyasi həyatımızda mövcuddurlar".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü brifinqdə çıxışı zamanı deyib.
"İnanıram ki, qarşıdan gələn seçkidə xalqımız həm Serj Sarqsyanın, həm də Robert Koçaryanın siyasi dillərini birdəfəlik kəsmək və kökündən silmək imkanı əldə edəcək", - deyə o qeyd edib.