Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Paşinyan: "Ölkə dərin kadr böhranı ilə üz-üzədir"
"Ermənistan hökuməti yanlış kadr siyasəti aparır, ölkə dərin kadr böhranı ilə üz-üzədir".
Oxu.Az "Newsarmenia" portalına istinadən xəbər verir ki, bu açıqlama ilə hökumətin iclasında məktəb direktorları qarşısında danışan Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.
N.Paşinyan kadr böhranını belə əsaslandırıb:
"Bilirsinizmi, niyə böhran var? Çünki ölkənin 70%-dən çoxunda uşaq bağçası yoxdur, ölkədə 70 faizdən çox məktəb binası bərbad vəziyyətdədir, təhsil sistemi acınacaqlı vəziyyətdədir".
Fikrinin davamında N.Paşinyan təhsil sistemindəki rüşvət faktoruna da toxunub.
O vurğulayıb ki, direktor vəzifəsi üçün müraciət edən 13 nəfərdən yalnız beşi qanuni şəkildə təyinat alır. N.Paşinyan bunu avtomobil idarə edə bilməyənlərin rüşvətlə sürücülük vəsiqəsi almasına bənzədib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Qərblə Rusiya arasında qalan Ermənistan: Koçaryanın revanşist həmlələri
- Ermənistanın keçmiş prezidenti: "Biz İranla strateji əməkdaşlıq qurmalıyıq"
- Azərbaycanla müqavilə imzalandıqdan sonra Ermənistan Rusiyanın 102-ci hərbi bazasını bağlayacaq?
- Paşinyan Albaniyada hansı ölkəni təmsil edib?
- Bir görüşün psixoloji mesajı: İlham Əliyevin dominantlığı və Paşinyanın gərginliyi