"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq: "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır".
"Əgər insan Tanrıya inanırsa, onun layiqli olmaq şansı daha yüksəkdir", - deyə Paşinyan qeyd edib.
Baş nazir həmçinin qeyd edib:
"Əgər insan Tanrıya inanırsa, korrupsiya risklərinə qarşı həssas olacaq. Bu gün Ermənistanda biz düzgünlük və ədalətin çatışmazlığından danışırıq. Tanrıya inanan hakim düzgünlük və ədalət işinə daha çox sadiq olacaq".