Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyan parlamenti sabotajda günahlandırdı
Ermənistan parlamentinin seçki məcəlləsinə dəyişiklikləri təsdiqləməkdən imtina etməsi sabotajdır.
Oxu.Az xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlətini icra edən Nikol Paşinyan deyib.
O, parlament çoxluğunu və onların tərəfdarlarını sabotaj siyasətini davam etdirməkdə günahlandırıb.
“Lakin bu o demək deyil ki, parlament seçkiləri dekabrda keçirilməyəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ermənistanda seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi üçün 63 səs tələb olunurdu.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər