Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paşinyan sahibsiz itlərin hücumuna məruz qalıb
Ermənistanın Şirak bölgəsinə səfər edən Nikol Paşinyan sahibsiz itlərin hücumuna məruz qalıb.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə Şirak bölgəsinin mərkəzi hesab edilən Gümrü şəhərində baş verib.
Belə ki, N.Paşinyan bu gün səhər saatlarında Gümrü şəhərində mühafizəçilərinin müşayiəti ilə velosiped sürərkən sahibsiz itlər ona hücum edib. Nəticədə N.Paşinyan və onun cangüdənləri təşviş içində ərazidən uzaqlaşıblar.
Hadisənin baş verdiyini Gümrü şəhərinin sakinləri də təsdiq ediblər.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Paşinyan və Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər
- Ermənistan KTMT-yə ödənişlərdən İMTİNA ETDİ
- Ermənistan daxilində Paşinyana qarşı təzyiqlər artıb - Xəbərlərin 20:00 buraxılışı
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
Ən çox oxunanlar