Ermənistanda "Sisakan" hərbi bölməsinin komandiri Aşot Minasyan ("Aşot Yerkat") qanunsuz silah saxlamaya görə iki il müddətinə azadlıqdan məhrum edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sputnik Ermənistan" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin şərti cəza ilə bağlı qərarını ləğv edib.
Qeyd edək ki, Aşot Minasyan 2021-ci ilin dekabrında Ermənistan baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda ittiham edilərək həbs olunub. İstintaq o zaman Minasyandan böyük miqdarda silah və sursat götürüldüyünü bildirmişdi. Daha sonra yetərli faktların olmaması səbəbindən o, ölkəni tərk etməmək barədə yazılı öhdəlik əsasında azadlığa buraxılmışdı. 2024-cü ilin dekabrında Sünik məhkəməsi onu 1 il 10 ay müddətinə şərti həbs cəzasına məhkum etmişdi.