Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Çiçəklənən Ermənistan” partiyasının qərargah əməkdaşları ilə onun tərəfdarları arasında dava düşüb.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
İnsident Paşinyan tərəfdarlarının Yerevanın Malatiya-Sebastiya rayonundakı yürüşü zamanı baş verib.
Əlbəyaxa dava sadə mübahisə ilə başlayıb, daha sonra tərəflər yumruq döyüşünə çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdaxilə edərək “döyüş iştirakçılarını” ayırıblar.