Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ermənistanda kütləvi yürüş: Etirazçılar Paşinyanın iqamətgahına çatıblar
Ermənistanda etirazçılar İrəvandakı hökumət bağ evlərinə yaxınlaşırlar.
Qeyd olunur ki, iştirakçılardan bəziləri artıq Nikol Paşinyanın iqamətgahına çatıblar, burada çoxlu sayda polis qüvvələri toplaşıb.
Baş Qərargah rəisinin müavini Taron Çaxoyan sosial şəbəkə hesabında yazıb ki, Ermənistanın baş naziri etirazçıların yürüş etdiyi hökumət bağ evində deyil, ölkənin şimalında daşqın zonasındadır.
19:36
"Mitinqdən sonra gedib Nikol Paşinyanla görüşməyi planlaşdırıram".
Bunu "Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri, Ermənistanın baş naziri postuna namizədliyini irəli sürməyi planlaşdıran arxiyepiskop Baqrat Qalstanyan deyib.
Qalstanyan Paşinyanı görüşə dəvət edərək onun legitimliyinin bitdiyini bildirib. O, həmçinin bəyan edib ki, Paşinyanın mənəvi legitimliyi yoxdur.
Xatırladaq ki, mayın 25-də günortadan sonra Qurgen Melikyan Baqrat Qalstanyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürdüyünü açıqlayıb.
Mənbə: Ermənistan KİV
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan Ermənistanın vilayət qubernatorlarının səlahiyyətlərini azaldır
- Paşinyanın arvadı erməni diplomatları təhqir etdi - Ermənistan XİN susdu
- Yoxsulluq içində, amma Avropa İttifaqında: Paşinyan Ermənistanı aclığa məhkum etməyə hazırdır
- Paşinyan: "Yeni konstitusiyanın qəbul edilməsi zəruridir"
- Sabiqlər Paşinyana qarşı - Ermənistanda gizli ittifaq qurulur