Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paşinyanın qaynının malikanəsi qarət edildi, o isə gizlətdi - SƏBƏB
Ermənistanın Vətəndaş Sazişi Partiyasının deputatı, baş nazir Nikol Paşinyanın qaynı Qraçya Akopyanın malikanəsi naməlum şəxslər tərəfindən qarət edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Hraparak" qəzeti partiyadakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə bu ilin əvvəlində baş verib və deputat bunu gizli saxlamağa çalışıb.
O, yaxın ətrafına izah edib ki, lazımsız spekulyasiyalardan qaçmaq üçün bunu ictimaiyyətə açıqlamaq istəmir.
"Buna baxmayaraq, partiyada həmkarlarının "bədbəxt hadisəsi" fəal müzakirə olunub. Bəziləri istehza ilə qeyd ediblər ki, əgər Qraçya öz malikanəsində bir az çox yaşasaydı, onu qarət etməzdilər - o, il boyu səyahətlərdə olur və oğrular da bundan istifadə ediblər", - deyə müəllif vurğulayıb.
Daxili İşlər Nazirliyi nəşrin sorğusuna cavab olaraq bildirib ki, yanvarın 14-də Corahbyurda yerləşən şəxsi evlərdən birində soyğunçuluq hücumu barədə məlumat daxil olub və iş İstintaq Komitəsinə göndərilib.
Qəzet iddia edir ki, Akopyan bu malikanəni Ermənistanda hakimiyyət dəyişikliyindən sonra əldə edib.
"Ermənistan" teqi üzrə xəbərlər
- "Starlink"in sürətli internet xidməti Ermənistanda aktiv edildi
- Dəmir çömçə - Erməni millətçiliyinin simvolu
- Avropa İttifaqının Ermənistana üzvlük vədinin arxasında nə dayanır?
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- Avropa "müşahidəçiləri"nin Zəngilan və Laçın istiqamətlərində casusluq fəaliyyətinin görüntüləri