COP31 Sammiti çərçivəsində Türkiyəyə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın türk jurnalistlə səmimi dialoqu sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Bu barədə Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir.
Ermenistan Başbakanı Nikol Paşinyan ile özel röportajımızda Türkiye-Ermenistan ilişkilerini ve bölgede barış umudunu konuştuk🇹🇷🇦🇲🇦🇿🕊️ Paşinyan:“İş birliği, barış ve refah için çalışmamız gerekiyor. Bence doğru yoldayız!” Onun klasik hareketi🫶🏻ile beraber Tarkan dinledik #COP31 https://t.co/YD7ufSWWJP
— Hamid İhtiyar (@ihtiyarhamid) November 12, 2026
KİV nümayəndəsi Ermənistanın hökumət başçısına Tarkanın repertuarından mahnı səsləndirib. Bu zaman baş nazir türk müğənnini əvvəldən tanıdığını bildirib. Daha sonra onlar birlikdə əlləri ilə ürək işarəsi göstəriblər.
Jurnalist Paşinyana müraciət edərək deyib:
"İndi biz qardaş olduq. Türkiyə və Ermənistan əlaqələrini inkişaf etdirmək üçün gözəl addımlar atırıq. Bundan çox məmnunuq. Ümid edirəm ki, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyə olaraq regionumuz üçün ortaq işlər görə bilərik. Zənnimcə, bu, xalqlarımız üçün çox gözəl olar. Siz bu barədə nə düşünürsünüz?"
Paşinyan jurnalistin sualına belə cavab verib:
"Bəli, biz əməkdaşlıq, sülh və rifah naminə səy göstərməliyik. Düşünürəm ki, hazırda doğru yoldayıq".