Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Pavel Durov 12 cinayətdə ittiham olunub
"Telegram"ın yaradıcısı Pavel Durov 12 cinayətdə ittiham olunub.
Oxu.Az xəbər verir ki, bu barədə prokurorluğun saytında dərc olunmuş press-relizdə bildirilir.
Paris prokurorluğunun məlumatına görə, ona qarşı iş iyulun 8-də Fransada açılıb və həbs müddəti avqustun 28-də başa çatır.
Pavel Durovun ittiham edildiyi cinayətlərin bəziləri aşağıdakılardır:
- mütəşəkkil qrupların qanunsuz əməliyyatlarının aparılması üçün onlayn platformanın idarə edilməsində iştirak;
- hüquq-mühafizə orqanlarının tələbi ilə ibtidai araşdırmanın aparılması və istifadəsi üçün zəruri olan məlumatları və ya sənədləri verməkdən imtina;
- yetkinlik yaşına çatmayanlarla pornoqrafik məzmunun saxlanmasında iştirak;
- narkotiklərin yayılmasında iştirak;
- kibercinayətlərdə iştirak;
- mütəşəkkil cinayətkar qrupların tərkibində dələduzluqda iştirak.
"Pavel Durovun saxlanılması" teqi üzrə xəbərlər
- Pavel Durov Paris məhkəməsində ilk dəfə dindirilib
- Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?
- Fransa hakimiyyəti Durovun qardaşını və "Telegram"ın vitse-prezidentini Parisə gəlməyə məcbur edir
- "Telegram"ın yaradıcısı Pavel Durov Fransa məhkəmə orqanları ilə əməkdaşlıq edir?
- "Telegram"da şəxsi mesajlarda məxfilik ləğv edilir?