ABŞ-nin Pensilvaniya ştatının Bensalem şəhərində təhlükəli maddələr daşıyan üç vaqonun da olduğu yük qatarı relsdən çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" yerli polis idarəsinin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, qatarın 72 vaqonundan 13-ü relsdən çıxaraq aşıb. Qurumun məlumatında qeyd olunur ki, aşan vaqonların üçünün üzərində təhlükəli maddələrin olduğunu bildirən xəbərdarlıq nişanları olub.
Məlumata görə, xilasetmə xidmətləri ərazidə hər hansı təhlükəli maddə sızıntısı qeydə almayıb. Buna baxmayaraq, rəsmilər yerli sakinlərə hadisə yerinə yaxınlaşmamağı tövsiyə edirlər.
Baş vermiş qəza nəticəsində xəsarət alan olmayıb.