ABŞ Suriyada terrorçuların mövqelərinə aviazərbələr endirmək üzrə Rusiya ilə əməkdaşlıq etməyə hazılaşmır.
Oxu.Az xəbər verir ki, bu mövqeyi ABŞ Müdafiə naziri Piter Kuk jurnalistlər üçün brifinqdə çıxış edərkən bildirib.
“Hazırda Rusiya ilə bu istiqamətdə əməkdaşlığa dair heç bir planımız mövcud deyil”, - o, bunu yaraqlılara endiriləcək aviazərbələrə dair danışarkən qeyd edib.
Daha öncə ABŞ administrasiyasının nümayəndələri Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri ilə əldə edilən sazişlərin Vaşinqton tərəfindən dayandırılmasından sonra dəfələrlə bu istiqamətdə əməliyyatların mümkün olmadığını bəyan etmişdilər. Sənədə görə, Moskva və Vaşinqton “İslam dövləti” və “Cəbhət ən-Nüsra” terror qruplaşmalarına hər iki ölkənin aviazərbələrini koordinasiya edən Birgə İcra Mərkəzi yaratmalı idilər.
ABŞ KİV-nin məlumatına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bu sazişləri yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonra bərpa edə bilər.
E.Ə.
www.oxu.az