ABŞ Müdafiə Nazirliyi daxili qanunlara bəzi düzəlişlər edib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, “İslam-today”-in verdiyi məlumata görə, yeni düzəlişlərdə hərbçi kişilərin saqqal saxlamaları, başlarına əmmamə qoymaları, hərbçi qadınların isə hicab və hərbi forma üçün ənənəvi olmayan digər geyim elementlərindən istifadə etmələri nəzərdə tutulur.
Belə ki, bundan sonra amerikalı hərbçilər dini etiqadlarının tələb etdiyi halda, saqqal saxlaya və müvafiq baş geyimlərindən istifadə edə bilərlər.
Lakin bunun onların döyüş keyfiyyətlərinə heç bir şəkildə təsir etməməli olduğu xüsusilə vurğulanır.
Pentaqon nümayəndəsinin sözlərinə əsasən, bu direktiv ölkə Müdafiə Nazirliyinin sözügedən halların hərbçi üçün uyğunluq dərəcəsini açıqladığı halda qüvvədə olacaq.