Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, Hacıqabul rayon sakini Raqil Şirəliyevdən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq saxta əsginazlar götürülüb.
Həmçinin R.Şirəliyevin idarə etdiyi “Kia-Rio” markalı avtomobilə baxış zamanı oradan 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq saxta əsginazlar aşkar edilib.
Şirvan şəhərinin ərazisində R.Şirəliyevin icarəyə götürdüyü “Foto Uğur” studiyasına baxış zamanı isə saxta əsginazların çap edildiyi skaner-printer, video-çəkiliş qeydlərinin aparıldığı “DVR” sistem bloku aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
Elvin Əhmədov
www.oxu.az