Müğənni Rəqsanə İsmayılova onun “İnanımmı” mahnısını ifa edən Türkmənistan prezidenti Qurbanqulı Berdimuhəmmədovla görüşəcək.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin yenicə işə başladığı prodüseri Anar Mədətov səfərin Novruz bayramı ərəfəsində baş tutacağını bildirib:
“İnanımmı” mahnısının rus dilində versiyası hazırlanır. Artıq hazırlıqlar gedir, çox maraqlı alınıb. Yaxın günlərdə işıq üzü görəcək. Novruz bayramında isə Türkmənistan prezidenti ilə görüşümüz olacaq. Artıq viza alma prosedurlarına başlamışıq”.
A.Mədətov həmçinin deyib ki, Rəqsanənin yeni layihəsi üzərində iş gedir:
“Həm Azərbaycanda, həm də Moskvada albom çıxacaq. Rəqsanə ilə bağlı planlarım çoxdur. Bu, hər kəsi təəccübləndirəcək”.