Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 2016-cı ildə 12,8 milyon rubl qazanıb. Bu, Rusiya prezidenti Vladimir Putinin və baş nazir Dmitri Medvedevin ötənilki gəlirindən çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilmiş əmlak və gəlirlərə dair bəyannamədə deyilir.
Bəyannaməyə görə, D.Peskovun iki mənzili, parkinq yeri, eləcə də “Toyota Land Cruiser 200” markalı avtomobili var.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2016-cı ildə 8,858 milyon rubl, baş nazir Dmitri Medvedev isə 8,58 milyon rubl qazanıb.
N.О.
www.oxu.az