ABŞ-nin İranın nüvə obyektlərinə hücumu zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hərəkətsizliyi onun öz nüfuzuna ciddi xələl gətirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın İranla BAEA arasında münasibətlərin pozulması ilə bağlı sualını cavablandırarkən bildirib.
"Əlbəttə ki, BAEA-nın nüfuzuna ciddi xələl gəlib", - deyə Kremlin nümayəndəsi qeyd edib.
İran parlamenti Tehranın BAEA ilə əməkdaşlığını müvəqqəti dayandıran qanun layihəsini təsdiqləyib. İran agentliyin İsrail və ABŞ-nin ölkədəki nüvə obyektlərinə hücumlarının qarşısını almaqdan və ya pisləməkdən imtina etməsinə diqqət çəkib.