Sankt-Peterburq şəhərində metro stansiyası bağlanıb.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, “Sportivnaya” stansiyasında sahibsiz əşyanın tapılması ilə əlaqədar sərnişinlər təxliyyə edilib. Hadisə yerinə dərhal təhlükəsizlik xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hələlik hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
İ.F.