Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Məsud Pezeşkiandan iki yeni təyinat
İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian ölkənin keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifi yüksək vəzifəyə təyin edib.
"Azad Iran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verir.
Belə ki, M.Pezeşkianın imzaladığı fərmana əsasən, Məhəmməd Cavad Zərif İranın strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyinat alıb.
Məlumat üçün əlavə edək ki, Məhəmməd Cavad Zərif İranın xarici işlər naziri vəzifəsindən əlavə, uzun illər İranın Birləşmiş Millətlər Təşkilatında Daimi Nümayəndəsi olub.
Məsud Pezeşkianın imzaladığı digər fərmanla isə Məhəmməd Cəfər Qaempənah icra işləri üzrə vitse-prezident və Prezident Administrasiyasının rəhbəri vəzifəsinin icraçısı təyin olunub.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- İran prezidenti insanların ölkədən qaçmasına etiraz etdi: "Qalmalı və çətinliklərə dözməlisiniz"
- İran prezidenti Tehranda Əli Əsədovu qəbul edib
- İran Prezidenti Məsud Pezeşkian azərbaycanca şeir dedi
- İran yeni etirazlar ərəfəsində
- İran sakinləri prezidentə müraciət etdilər: "Yoxsulluğun son mərhələsindəyik"