İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin təcili iclasını keçirib.
Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verib.
M.Pezeşkian hökumət rəsmilərinə hücumların ziyanlarını aradan qaldırmaq və insanların bu prosesdə iştirakını təmin etmək barədə göstərişlər verib.
İran prezidenti əlavə edib ki, İsrailin hücumları nəticəsində zərərçəkmiş şəxslərə yardım göstərilməlidir.