Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Naxçıvanda yeni qurum yaradıldı - Rəis təyin olundu
Naxçıvan Muxtar Respublikasında (MR) yeni qurum yaradılıb, rəis təyin olunub.
Oxu.Az "Nuhçıxan"a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsi yaradılıb.
Bu gün keçirilən təqdimat mərasimində regional bölməyə yeni rəis də təyin edilib. ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun müvafiq əmri ilə Səttar Şəmsəddin oğlu Nəsirov 14 saylı Naxçivan regional bölməsinin rəisi təyin olunub.
Digər əmrlə Sabir Rzayev qurumun rəis müavini təyin edilib.
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub
- Məmmədli sakinlərini narahat edən problem aradan qaldırıldı
- Cümşüdün ölümünə görə cavabdeh kimdir?
- Kanalizasiyaya düşərək ölən gəncin ailəsi təzminat ala bilərmi? - Vəkil izah edir
- ADSEA yol çökməsi nəticəsində həyatını itirən şəxslə bağlı AÇIQLAMA YAYDI