Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
"İran ABŞ ilə bərabər şərtlərlə və öz milli maraqlarının qorunduğu təqdirdə nüvə sazişi bağlamağa hazırdır".
Oxu.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
"Əgər onlar bizimlə bərabər şərtlərlə saziş bağlamaq istəməsələr, öz yolumuzla davam edəcəyik", - deyə Pezeşkianın bildirib.
ABŞ ilə ikinci tur danışıqlardan sonra o, İranın Ali lideri Əli Xameneinin mövqeyini təkrarlayaraq, Tehranın danışıqlara bədbin yanaşdığını və nikbinlik bəsləmədiyini bildirib.
Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ və İran arasında danışıqlar çox yaxşı gedir, lakin nəticənin necə olacağını anlamaq üçün vaxt lazımdır.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- Pezeşkiandan xəbərdarlıq: "Qərb ölkələri iflic vəziyyətinə düşəcək"
- Hikmət Hacıyev: "Azərbaycan-İran münasibətləri yeni bir inkişaf mərhələsinə qədəm qoyub"
- Pezeşkian: "Tramp bir tərəfdən sülhdən danışır, digər tərəfdən hədə-qorxu gəlir"
- İranın qırmızı xətti: ABŞ ilə danışıqlarda əsas şərt nədir?
- Pezeşkian: "Biz Azərbaycanla qardaş və qohumuq"