İran Prezidenti Məsud Pezeşkian rəsmi Tehran və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında "MDB+1" adlı yeni əməkdaşlıq formatının yaradılması təşəbbüsünü irəli sürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, bu bəyanat Türkmənistanda keçirilən MDB sammiti zamanı səsləndirilib.
"Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr + İran" və ya qısaca "MDB+1" formatı qarşılıqlı dialoq və birgə fəaliyyət üçün çevik, eyni zamanda səmərəli bir mexanizm kimi formalaşdırılmalıdır", - deyə İran lideri öz çıxışında vurğulayıb.
Qeyd olunur ki, hazırda bu, birliyə daxil olan dövlətlərin yekdil qərarı deyil, yalnız rəsmi Tehranın irəli sürdüyü təşəbbüsdür. Tədbir iştirakçılarının bu ideyaya münasibəti və yeni formatın mümkün fəaliyyətə başlama vaxtı barədə hələlik heç bir məlumat verilmir.