Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pezeşkianın ABŞ-də israilli professorla görüşü İran mediasında mübahisə doğurdu
İran Prezidenti Məsud Pezeşkianın ABŞ-nin Nyu-York şəhərində keçirilən "Dünya sülhünün bərqərar olmasında ilahi dinlərin rolu" konfransında Pensilvaniya Universitetinin israilli professoru Liver Sternfeldlə görüşü hökumət mediasında tənqid edilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
İran mətbuatında tənqidlərin artmasından sonra ölkənin BMT-dəki nümayəndəliyi bəyanat yayıb və professorun israilli olmasından xəbərləri olmadığını iddia edib. Eyni zamanda, nümayəndəlik bildirib ki, o, İsrailə qarşı apardığı fəaliyyətlərinə görə konfransa çağırılıb.
Professor isə "Haaretz" qəzetinə müsahibəsində deyib: "İranın BMT-dəki nümayəndəliyi mənim İsrail vətəndaşı olduğumu bilirdi. Mən bunu ən başından onlara demişdim".
Qeyd olunub ki, Liver Sternfeldlə yanaşı, konfransda bir neçə israilli də iştirak edib. Ancaq professorun konfransa dəvəti və Pezeşkianla görüşü daha öncədən planlaşdırılıb.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- İran prezidenti Azərbaycana qarşıdakı səfərini şərh edib
- İran hökumətinin sözçüsü: "Pezeşkianın Azərbaycana səfəri çox vacibdir"
- İran və Səudiyyə Ərəbistanı: Tehrana gözlənilməz səfər
- Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
- Putin İranla strateji tərəfdaşlıq sazişinin ratifikasiyasını təsdiqləyib