Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Pezeşkianın parlamentdə boş qalan yeri üçün seçki keçiriləcək
İran parlamentinin 12-ci çağırışının boş qalan yerlərinə seçki keçiriləcək.
"Azad İran" "Telegram" kanalının məlumata görə, bununla bağlı İranın Mərkəzi Seçki Qərargahının katibi Möhsün Eslami məlumat verib.
"Hazırda Təbriz, Bostanabad, Bəndər Ənzəli və Üçnova şəhərlərinin parlamentdəki nümayəndələrinin yerləri boşdur, buna görə boş qalan yerlərə seçki 2025-ci il iyunun 25-də baş tutacaq", - deyə Möhsün Eslami vurğulayıb.
Onun sözlərinə görə, Təbriz şəhərini İslam Şurası Məclisində təmsil edən millət vəkili Məsud Pezeşkianın ölkə prezidenti seçilməsi, Bostanabaddan seçilmiş millət vəkili Qulamrza Nuri Qızılcanın kənd təsərrüfatı naziri, Bəndər Ənzəlidən olan Əhməd Dünyamalinin idman naziri və Üçnova şəhərini təmsil edən millət vəkili Əbdülkərim Hüseynzadənin kəndlərin inkişafı və ölkənin inkişafdan geri qalmış bölgələri üzrə vitse-prezident təyin edilməsi səbəbindən yerləri boş qalıb.
Rəylər