ABŞ-ın Arizona ştatında “Pikap” sürücüsü yarışda iştirak edən bir qrup velosipedçini vurub.
ABC15 telekanalı bu barədə yerli polis orqanlarına istinadən məlumat yayıb.
İnsident nəticəsində səkkiz nəfər yaralanıb.
Polislər yol nəqliyyat hadisəsini törədən şəxsi bir müddət təqib etmək məcburiyyətində qalıblar.
Hüquq mühafizə orqanları onu yaxalamaq üçün atəş açıblar. Hadisəni törədən şəxs saxlanılıb.
