Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv olunan ukraynalı hərbçi Nadejda Savçenko Ukrayna ordusu sıralarına qayıtmağa hazır olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru “112 Ukrayna” telekanalına istinadən xəbər verir.
“Mən insanlardan uzaqlaşmışam, kəskin olduğum üçün məni bağışlayın, mən artıq azadlıqdayam. Mən döyüş meydanına qayıtmağa, həyatımı Ukrayna üçün fəda etməyə hazıram”, - Savçenko Kiyevdə Borispol aeroportunda jurnalistlərə bildirib.
Savçenko Ukrayna cəmiyyətinin etimadını doğrultmaq üçün hər şey etməyə hazır olduğunu əlavə edib.
“Ukrayna qəhrəmanları ölməməlidirlər. Onlar Ali Radada olmalıdırlar”, - o qışqırıb.
16.52
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada mühakimə olunmuş ukraynalı hərbçi Nadejda Savçenkonun Vətənə qayıtması münasibətilə ölkə vətəndaşlarını və bütün dünyanı təbrik edib.
Oxu.Az xəbər verir ki, müvafiq qeyd mayın 25-də Ukrayna dövlət başçısının Facebook profilində dərc olunub.
“Bizim Nadya artıq Ukrayna torpağındadır. (...) Ukraynalıları və bütün dünyanı Qələbəmiz münasibətilə təbrik edirəm”, - deyə o yazıb.
16:03
Ukraynalı pilot Nadejda Savçenkonun olduğu təyyarə Kiyevin “Borispol” hava limanında enib.
Oxu.Az xəbər verir ki, bu barədə Twitter-də Ukrayna prezidenti Pyotr Poroşenko yazıb.
14:18
Ukraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenkonun içində olduğu prezident təyyarəsi Rusiyanın Rostov şəhərindən havaya qalxaraq Kiyevə yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə UNN agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb. Rostovda N.Savçenkonu Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko və Ali Radanın sədr müavini İrina Geraşşenko qarşılayıblar.
Prezident Pyotr Poroşenkonun isə Kiyev hava limanında N.Savçenkonu qarşılayacağı xəbər verilir.
14:18
“İnterfaks” agentliyi Ukrayna prezidenti Pyotr Poroşenkonun rusiyalı Yevgei Yerofeev və Aleksandr Aleksandrovu ukraynalı hərbçi Nadejda Savçenko ilə dəyişmək üçün Rusiyaya uçması barədə məlumatına düzəliş edib.
Əvvəlcə materialın başlığında deyilirdi ki, Poroşenko şəxsən Rostov-na-Donuya uçub.
Daha sonra isə bildirilir ki, Rusiyaya yalnız içərisində rusiyalıların olduğu prezident təyyarəsi göndərilib.
13:35
Ukrayna prezidenti Petr Poroşenkonun təyyarəsi gecə Rostov-na-Donu-da enib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə UNİAN mənbəyə istinadən xəbər verir.
“Təyyarə Rostova gecə enib. Savçekonun dəyişdirilməsi proresi bu gün baş gün baş tutmalıdır”, - deyə mənbə bildirib.
13:25
Kreml guya Rusiyada cəza çəkən Nadejda Savçenkonun Ukraynada mühakimə edilmiş rusiyalılara dəyişilməsi barədə prosedurun başlamasından xəbərsizdir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Mənim informasiyam yoxdur”, - deyə, Kremlin nümayəndəsi mübadilə üçün yaxın saatlarda Ukrayna prezidentinin təyyarəsinin Rusiyaya gəlməsi barədə informasiyanı şərh edərkən bildirib.
13:15
Ukrayna prezidenti Petr Poroşenko Rusiyada mühakimə edilən Nadejda Savçenkonu dəyişdirmək üçün Rostov-na-Donuya yola düşüb.
Onun təyyarəsinin göyərtəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov uçur.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a məlumatlı mənbə çərşənbə günü bildirib.
Məlumata görə, Ukrayna prezidenti Petr Poroşenkonun təyyarəsi yaxın saatlarda Rostov-na-Donu aereportuna enəcək. Dövlət başçısı Nadejda Savçenkonu Kiyevdə QRU döyüşçüləri hesab edilən rusiyalılara dəyişdirmək üçün Rusiyaya gəlib.
“Yaxın saatlarda içində Yerofeyev və Aleksandrovun da olduğu prezident təyyarəsi Rostova enəcək. Savçenko artıq Rostovdadır”, agentliyin həmsöhbəti bildirib. O, elə aeroportda rus hərbçiləri ilə Savçenkonun dəyişdiriləcəyini söyləyib.
Digər həmsöhbət Savçenkonu iki dövlət arasında cəzanın qalan hissəsini çəkmək üçün şəxslərin verilməsinə dair müqavilə üzrə Ukrayna tərəfinə verəcəklər. Onun sözlərinə görə, ukryanalı təyarəçini müşahidə edən hüquq-mühafizə orqanı əməkdaşları artıq Rostov-na-Donu aeroportundadırlar.
“İkitərəfli müqaviləyə əsasən, Ukrayna hakimiyyəti ölkədə saxlanılmış iki rusiyalını təhvil verməlidir”, - Rusiya agentliyinin həmsöhbəti bildirib.