Türkiyədə kişi marketdən aldıqları ətdən küçədəki pişiyə verdiyi üçün arvadını döyərək evdən qovub.
Haberler.com-un məlumatına görə hadisə Samsun şəhərində baş verib.
Şiddətə məruz qalan qadın polisə zəng edərək, həyat yoldaşından şikayət edib.
Ər-arvadın hər ikisinin həkim işlədiyi bildirilir.
Hadisə ilə bağlı araşdırma başladılıb.