Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Piter Fonda vəfat etdi
Aktyor Piter Fonda 79 yaşında dünyasını dəyişib.
Bu barədə cümə günü TMZ portalı artistin ailə üzvlərinə istinadən məlumat verib.
Bildirilir ki, Fonda Cümə günü səhər saatlarında Los-Ancelesdəki evində ailə üzvlərinin əhatəsində vəfat edib. Ölüm səbəbi kimi ağciyər xərçəngi nəticəsində yaranan kəskin hava çatışmazlığı gətirilir.
Piter Fonda 23 fevral 1940-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Onun hesabında onlarla film var. Rejissor Dennis Hopperin “Başısoyuq çapar” (Easy Rider, 1969) filmində oynadığı rol ona daha çox şöhrət qazandırıb. 1997-ci ildə rejissor Viktor Nunyesin “Ulinin qızılı” (Ulee' s Gold) filmində oynadığı rol ona “dramatik filmdə ən yaxşı kişi roluna görə” nominasiyasında "Qızıl Qlobus" mükafatını qazandırıb.