Türkiyənin Mardin şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü piyada zolağı ilə hərəkət edən şəxsi vurub.
“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, zərbənin gücündən piyada bir neçə metr havada uçaraq asfalta çırpılıb.
20 yaşlı Zəki Kılıç ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.