PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində tərksilah olması prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, dördü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb.
PKK terror təşkilatının bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərksilah olmağa başlayıb.
Oxu.Az "CNN Türk"ə istinadən xəbər verir ki, silahlarını təhvil verilməsi prosesi Türkiyə tərəfinin iştirakı və nəzarəti ilə gerçəkləşir.


Aralarında Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) üzvlərinin də olduğu bir qrup siyasətçi və ictimai fəal PKK-nın Süleymaniyyə şəhərində planlaşdırılan tərksilah prosesini izləmək üçün İraqa yollanıblar.
Oxu.Az bu barədə NTV-yə istinadən xəbər verib.
Qeyd olunur ki, partiya və qeyri hökumət təşkilatının üzvləri İraqa Türkiyənin Diyarbəkir şəhərindən yola düşüblər.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında etdiyi çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın "Daxili cəbhəni gücləndirək" mesajı ilə start verilən "Terrorsuz Türkiyə" quruculuğu prosesinin silahsızlaşma mərhələsinin başlamasına bir neçə saat qalıb.
Oxu.Az "HaberGlobal"a istinadən xəbər verir ki, bu gün Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatı silahı təhvil verməyə başlayacaq.
Qeyd edilir ki, bu gün bütün diqqətlər Şimali İraqda bir qrup PKK-çıların silahlarını təhvil verəcəyi məqama yönəlib.
Bildirilir ki, tarixi addım cümə günü Süleymaniyyədə gizli yerdə atılacaq. 20-30 nəfərlik PKK-çı qrup silahları təhvil verəcək və gəldikləri bölgəni silahsız tərk edəcəklər. Onlarla birlikdə PKK və Kürdüstan İcmalar İttifaqı rəhbərliyindəki şəxslər də qruplaşma ilə silahı yerə qoyacaqlar.