“Playboy” jurnalının müxbiri və CNN teleşirkətinin siyasi analitiki Brayan Karem ABŞ prezidentinin iqamətgahında mətbuat üçün açıq olan tədbirlərdə iştirak etmək imkanını verən daimi buraxılışının dayandırılmasına görə Ağ evi məhkəməyə verəcək.
Bu barədə Karem özünün “Twitter” hesabında yazıb.
“Ağ evin daimi buraxılış kartımın təsirinin 30 gün müddətinə dayandırılmağı ilə bağlı son qərarını verdiyi xəbərini almışam. İndi biz məhkəməyə gedəcəyik”, - deyə jurnalist yazıb.
Avqustun əvvəlində Karem “Twitter” səhifəsində Ağ ev tərəfindən buraxılış kartının təsirinin avqustun 5-dən etibarən 30 gün müddətinə dayandırılacağı ilə bağlı ismarış aldığını bildirmişdi. Daha sonra o, “The Washington Post”a müsahibəsində qeyd etmişdi ki, buna rəsmi səbəb kimi isə onun ABŞ prezidenti Donald Trampın sabiq köməkçisinin müavini Sebastyan Qorka ilə davası gətirilib. Lakin Karem özü bunun “əsas problem olmadığını” hesab edir.
"The Hollywood Reporter" jurnalının yazdığına görə, avqustun 9-da Karem Ağ evin mətbuat katibi Stefani Qrişemə müvafiq məktub yazaraq, hakimiyyətin qərarından şikayət verib. Avqustun 16-da Karem onun ərizəsinin rədd edildiyini öyrənib.